Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağ sərvətlərinin talanmasına son qoyuldu

0

  •         Artıq bizim ərazi bütövlüyümüz Azərbaycan xalqının qəhrəman mərd igid oğullarımız məğrur, əzəmətli, vüqarlı, yenilməz, qalib ordumuz tərəfindən bərpa olundu. Xain düşmən tapdağından azad olundu.       Bu torpaqları, bu əraziləri erməni cəlladları xarabalığa çevirib. Sözün əsl mənasında daşı – daş üstə qoymayıb. İşğaldan təmizlənən əraziləri salamat bir bina, bir ev qoymayıb.Bütün yaşayış məntəqələri xarabalığa çevrilib. Yeraltı və yerüstü sərvətlər talan edilib. Erməni barbarlığı o həddə çatıb ki, hətda evlərin pəncərələrini, çərçivələrini unitazları belə oğurlanıb. Ona görədə biz bu əraziləri bərpa edəcəyik. Biz işğaldan azad edilən yaşayış sahələrimizi təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq, orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcək. Onlar öz evlərini bərpa etmək üçün, yenidən tikib yaratmaq üçün məvacib alacaqlar. Azad olunmuş torpaqlarımıza həyat qayıdacaq. İnsanların rahat yaşaması üçün bütün abadlıq quruculuq işləri aparılacaq.       İşğaldan azad edilən torpaqlarımızı qurub – yaradacağıq. O, torpaqların çiçəklənməsi, inkişafını Cənab Prezidentimiz daim diqqətdə saxlayır. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır.         Şuşaya yeni yolun çəkilməsi artıq başlayıb. İndi Füzuli rayonunda yeni yol çəkilir.Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Cənab Prezidentimizin göstərişi ilə bu yol tezliklə təmir edilsin. Bu işin bərpası üçün böyük bir komanda var gücü ilə işə cəlb edilib. Dəmir yollarını bərpa edəcəyik. O, cümlədən Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir.        Dövlətimizin başçısı həmçinin ilk növbədə dəyən bütün ziyanın beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacağını sonra şəhərlərimizin, kəndlərimizin baş planı əsasında yenidən qurulacağın, kənd təsərrüfatının inkişaf etdiriləcəyini, infrastruktur, su işıq ilə əlaqədar lazımi tədbirlər görüləcəyini vurğulayıb. Bu gün işğaldan azad edilən regionların faydalı qazıntılarla zəngin olması kənd təsərrüfatının və tirizmin inkişafı üçün yüksək iqtisadiyyatın digər sahələrinin qurulması tikinti, abadlıq işlərinin aparılması qarşıda duran ən əsas amildir. Qarabağ torpaqlarına yeni nəfəs veriləcək yeni ruh gələcək. Məcburi köçkünlər öz dədə - baba yurdlarına qayıdacaqlar. Yurdu viran qoyulan ərazilərdəki şəhərlərin bərpasının dağıdıldığı dövrdə olduğu kimi deyil daha müasir tələblərə cavab verəcək.        İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı da inşa ediləcək. Onlardan birincisi Füzuli hava limanının tikilməsi azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. İkinci hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcək.       “Böyük Qayıdış” bütün məsələlərə kompleks yanaşma tələb edir. Elə buna görə də işğaldan azad olunmuş ərazilər böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması məqsədilə 2021 – ci ilin dövlət büdcəsindən 22 milyart manat vəsait ayrılıb. Artıq görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük işlər gedir.       30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız artıq işğaldan azaddır. O, bölgələr yenidən qurulacaq əvvəlki şöhrətini bərpa edəcək. Cənab İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.    Vüsalə Mirzəyeva,Xocalı rayon ziyalısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib62 dəfə
    Qarabağ sərvətlərinin talanmasına son qoyuldu

    Maraqlı gələ bilər
    54